DİN qaçan ruhi xestelerle bağlı açıqlama verdi
16 Noyabr 2013 Şənbə 12:50
Xesteler qapının qıfılını sındırıb, mühafizeçileri döyüb ve oradan qaçıblar.
Daxili İşler Nazirliyi Bakıda xestexanadan qaçan xestelerle bağlı resmi melumat yayıb.

ANS PRESS-in nazirliyin metbuat xidmetine istinaden verdiyi melumata göre, öten gün saat 06:15 radelerinde Maştağa qesebesinde yerleşen 1 saylı Ruhi Psixiatriya Xestexanasında müalice olunan, Azerbaycan Respublikası Cinayet Mecellesinin 177, 178, 181 ve 310-cu maddeleri ile teqsirlendirilen Bineqedi rayon sakini Tural Abbasov, Azerbaycan Respublikası Cinayet Mecellesinin 177-ci maddesi ile teqsirlendirilen Elvin Nesrullayev, Azerbaycan Respublikası Cinayet Mecellesinin 181-ci maddesile teqsirlendirilen Xırdalan şeher sakini Razim Hacıyev ve Şahbuz rayon sakini Yusif Meherremov qaçıblar.

Onlar qaçarken orada xidmetde olan Sabunçu rayon Mühafize İdaresinin emekdaşları, polis serjantı Vasif Rzaquliyeve ve mülki mühafizeçi Tahir Dergahova demir parçası ile xesaretler yetiribler. Daha sonra onlar qapının qıfılını sındırıb oradan qaçıblar.

Onların tutulması üçün müvafiq tedbirler görülür.
Ümraniye Evden eve nakliye